"Qızıl top" 5-ci dəfə Messidə

22:46 | 11.01.2016

"Qızıl top" 5-ci dəfə Messidə

Bu gün 2015-ci ilin ən yaxşı futbolçusuna veriləcək "Qızıl top"un yeni sahibi müəyyənləşib.

Qol.Az-ın məlumatına görə, İsveçrənin Sürix şəhərində keçirilən tədbirdı FİFA-nın sorğusuna əsasən, Argentina millisinin və "Barselona"nın futbolçusu Lionel Messi ötən ilin ən yaxşı seçilib. O, səsvermədə  Madrid "Real"ından Kriştiano Ronaldo, "Barselona"dan Neymarı qabaqlayıb.

Bununla da Messi 5-ci dəfə bu mükafata sahib çıxmaqla dünya futbol tarixində ilkə imza atıb.

Xatırladaq ki, Messi 2009, 2010, 2011 və 2012-ci illərdə bu mükafatı qazanmışdı.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM