Qopan əli ayağına tikdilər - FOTOLAR

16:21 | 21.07.2015
Qopan əli ayağına tikdilər - FOTOLAR

Qopan əli ayağına tikdilər - FOTOLAR

Çinli həkimlər növbəti dəfə qeyri-adı əməliyyata imza atıblar.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Çinin Hunan bölgəsində yerləşən xəstəxanada adı açıqlanmayan xəstənin qopan qolu əvvəl ayağına birləşdirilib. Xiangya Xəstəxanası mikrocəhharhiyyə departamentinin sədri, doktor Tang Juyu bu əməliyyata rəhbərlik edib.
 
 

Bu il mayın 5-də qəza nəticəsində sol əli kəsilərək yerə düşən xəstə təcili əməliyyata götürülüb. Həkim qopan əldə qan dövranını tənzimləmək üçün onun ayaq baldırına tikilməsini vacib sayıb. Qopan sol əl xəstənin sağ ayaq baldırına tikilib. Həkimlər əldə qan dövranının yaxşılaşmasından sonra, daha dəqiq təxminən 2 aydan sonra əli yerinə tikiblər. Əməliyyat uğurla nəticələnib. Hazırda qopan əldəki barmaqların hərəkət etdirilməsi üçün fizioterapiya keçirilir.

Qeyd edək ki, 2013-cü ilin dekabr ayında da bu xəstəxanada bunabənzər qeyri-adi cərahiyyə əməliyyatı keçirilmişdi.

 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM