Qorbaçovun Ukraynaya girişi qadağan edildi

18:57 | 26.05.2016
Qorbaçovun Ukraynaya girişi qadağan edildi

Qorbaçovun Ukraynaya girişi qadağan edildi

Ukrayna Təhlükəsizlik Xidməti SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçovun Ukraynaya girişini 5 il müddətinə qadağan edib.

APA-nın "İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Ukrayna Təhlükəsizlik Xidmətinin rəsmi nümayəndəsi Yelena Qitlyanskaya deyib.

Xatırladaq ki, M. Qorbaçov "The Sunday Times” nəşrinə müsahibəsində Vladimir Putinin Krımın Rusiyaya birləşdirilməsi ilə bağlı qərarını dəstəklədiyini bildirib: "Mən həmişə xalqların öz iradəsini sərbəst ifadə etmələrinin tərəfdarı olmuşam, Krımda isə çoxluq Rusiyaya birləşməyin tərəfdarı idi”.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb