9 ayda Qubad İbadoğlunun EKQ nəticələri düzgün göstərilməyib - Qalib Toğrul

11:44 | 02.05.2024
9 ayda Qubad İbadoğlunun EKQ nəticələri düzgün göstərilməyib - Qalib Toğrul

9 ayda Qubad İbadoğlunun EKQ nəticələri düzgün göstərilməyib - Qalib Toğrul

Bakı İstintaq Təcridxanasında saxlanılan Qubad İbadoğlunun 9 ayda Exokardioqrafiyanın nəticələri müayinə sənədlərində düzgün əks etdirilməyib. Bu barədə onun qardaşı Qabil Toğrul deyib.
 
"Hazırda qardaşımın ürəyindəki problemlər bizim üçün yenidən ön plana keçib. Bakı İstintaq Təcridxanasında saxlanıldığı 9 ayda qardaşımın ürəyi bir neçə dəfə Exokardioqrafiya olunub, bir dəfə (ötən ilin oktyabrında) döş qəfəsinin Komputer Tomoqrafiyası (KT) həyata keçirilib. Təəssüf ki, həm Exokardioqrafiyanın, həm də KT-nin nəticələri müayinə sənədlərində düzgün əks etdirilməyib, hətta xəstəlik (aortanın anevrizması) inkar olunub", - o Facebook hesabında paylaşımında qeyd edib.
 
Aprelin 22-də Nərimanov Rayon Məhkəməsi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatəti təmin edib. 
 
İbadoğlu iyunun 23-ü Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
 
Qubad İbadoğlu barəsində Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib və təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib. 
 
Bundan sonra Avqustun 25-də hazırda həbsdə olan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğluna qarşı Cinayət Məcəlləsinin 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddəsi ilə yeni ittiham irəli sürülüb. 
 
Britaniyanın Azərbaycandakı Səfirliyi Azərbaycan hökumətini iyulun 23-də həbs olunan Azərbaycan Demokratik Partiyasının sədri Qubad İbadoğlunu dərmana və ədalətli hüquqi proses də daxil olmaqla insan hüquqlarına hörmət edilməsini təmin etməyə çağırıb. Bu çağırışa İngiltərə, Amerika, Almanya, Fransa da qoşulub. 
 
London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi (LSE) də siyasətçinin həbs olunmasından narahatlığını ifadə edib. 
 
Aygün 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM