Qubada sel körpünü apardı

16:07 | 20.05.2016
Qubada sel körpünü apardı

Qubada sel körpünü apardı

 Quba rayonunun Tülər kəndi  ərazisindən keçən Ağçay üzərində yerləşən körpünü sel aparıb. 

Bu barədə "Report"un Şimal bürosunun müxbirinə Tülər kənd icra nümayəndəsi Oktay İsayev məlumat verib. 

İcra nümayəndəsi bildirib ki, hər il may ayında çaya sel gəlir və bu sel fəsadsız ötüşmür: "Tülər kəndində 210 fərdi yaşayış evi var və 1 500-dən çox sakin yaşayır. Ötən gecədən başlayaraq, Ağçayda suyun səviyyəsi artıb və çay daşıb. Nəticədə çayın üzərində yerləşən körpünü sel aparıb. Hazırda kəndlə rayon arasında əlaqə kəsilib. Kəndin 60-dan çox sakini çayın o tayında qalıb, nəqliyyatın hərəkəti məhdudlaşıb".

O.İsayev qeyd edib ki, vəziyyətlə bağlı Qubar Rayon İcra Hakimiyyətinə (RİH) məlumat verilib: "Rayon rəhbərliyinin baş verən hadisə ilə bağlı məlumatı var. Körpünün bərpa olunması üçün rayondan kəndə ağır texnika və canlı qüvvə göndərilib".

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb