"Arsenal" və İngiltərə yığmasında ciddi itki

11:20 | 08.01.2014
"Arsenal" və İngiltərə yığmasında ciddi itki

"Arsenal" və İngiltərə yığmasında ciddi itki

"Arsenal" futbol klubu və İngiltərə milli komandası üçün ciddi itki baş verib. 24 yaşlı istedadlı futbolçu Teo Volkot dizində baş verən zədə səbəbindən 6 aylıq sıradan çıxıb. 

ANN.Az-ın "euronews.com"a istinadən verdiyi xəbərə görə, futbolçu şənbə günü "Arsenal" - "Tottenhem" matçında zədələnib, aparılan müayindən sonra məlum olub ki, Volkot uzun müddət yaşıl meydanlardan uzaq qalacaq. O, bu mövsümdə komandası "Arsenal"a və yayda Braziliyada keçiriləcək Dünya Çempionatında İngiltərə milli komandasına yardım edə bilməyəcək. 

London klubu "Arsenal" hazırda İngiltərə premyer liqasının zirvəsində qərarlaşıb, o, ən yaxın rəqibi "Mançester Siti"ni 1 xal qabaqlayır. Klubun rəsmi saytında veriən məlumata görə, Teo Volkot yaxın günlərdə cərrahiyə əməliyyatı olunacaq. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb