"Arsenal"da Jirunu Mandzukiç əvəzləyəcək

12:16 | 13.05.2014
"Arsenal"da Jirunu Mandzukiç əvəzləyəcək

"Arsenal"da Jirunu Mandzukiç əvəzləyəcək

Yay transfer pəncərəsi dönəmində Olivye Jiru ilə yollarını ayıracağı gözlənilən "Arsenal" klubu fransız futbolçuya əvəzləyici tapıb.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, London təmsilçisi "Bavariya"nın forvardı Mario Mandzukiçə "elçi" düşüb.

Robert Levandovskinin gəlişi ilə "Bavariya"nın əsas heyətindəki yerini itirəcəyi iddia edilən xorvatiyalı futbolçunun da "Arsenal"ın təklifini müsbət qarşıladığı bildirilir. Lakin 27 yaşlı futbolçu qərarını "Dç-2014"dən sonra açıqlayacağını deyib.

Qeyd edək ki, Mandzukiç 2012-ci ildə "Volfsburq"dan "Bavariya"ya transfer olunub.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM