"Arsenal"da növbəti ciddi itki

21:26 | 21.08.2014
"Arsenal"da növbəti ciddi itki

"Arsenal"da növbəti ciddi itki

"Arsenal" Çempionlar Liqasının pley-off mərhələsində "Beşiktaş"la cavab matçına ciddi itki ilə çıxacaq.

Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, "qara qartallar"la ilk oyunda zədələnən Mikel Artetanın Londonda keçiriləcək görüşdə iştirak etməyəcəyi açıqlanıb. Onun ən az iki həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Qeyd edək ki, "Arsenal"dan Aron Remzi də cəzalı olduğu üçün cavab  qarşılaşmasına oynamayacaq.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM