"Arsenal"ın ulduzu "Qalatasaray"a keçir

16:14 | 21.08.2014
"Arsenal"ın ulduzu "Qalatasaray"a keçir

"Arsenal"ın ulduzu "Qalatasaray"a keçir

İngiltərə klubundan Podolski ilə bağlı "Qalatasaraya" müsbət cavab gəldiyi iddia olunur

"Arsenal" klubunun futbolçusu Podolski "Qalatasaray"a transfer ola bilər. 

ANS PRESS-in məlumatına görə, İngiltərə klubundan Podolski ilə bağlı "Qalatasaraya" müsbət cavab gəldiyi iddia olunur. İngiltərə nəhəngi ulduz oyunçunu İstanbul təmsilçisinə sata biləcəyini söyləyib. 

İddialara görə, "Arsenal" Podolski üçün "Qalatasaray"dan 14 milyon funt sterlinq istəyib. 

Qeyd edək ki, 29 yaşındakı futbolçu 2011-ci ildə 11 milyon funt sterlinqə "Köln"dən transfer edilib. Sol qanad və hücumçu mövqelərində oynaya bilən ulduz oyunçunun klubu ilə 2016-ci ilə qədər müqaviləsi var. 

Aleksis Sançesin də komandaya daxil olması ilə zənginləşən "Arsenal"ın hücum xəttində Podolskinin forma şansının azalma ehtimalı var. Hücum mövqeyinə transfer etmək niyyəti olmayan ingilis klubunda Kampbel, Giroud və Sanoqo kimi hücumçular var.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM