"Atletiko"nun daha bir futbolçusu "Çelsi"yə doğru

15:32 | 10.07.2014
"Atletiko"nun daha bir futbolçusu "Çelsi"yə doğru

"Atletiko"nun daha bir futbolçusu "Çelsi"yə doğru

"Atletiko" (Madrid) klubunun daha bir futbolçusu yeni mövsümdən "Çelsi"də oynamağa yaxındır.

Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, London klubu Felipe Luisin transferi üçün Madrid təmsilçisi ilə razılığa gəlib.

"Çelsi"nin yaxın günlərdə F.Luislə rəsmi müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, İngiltərə klubunun "Atletiko"ya 20 milyon funt sterlinq təzminat ödəyəcəyi iddia edilir.

Xatırladaq ki, daha öncə "Atletiko"dan Dieqo Kosta "Çelsi"yə transfer olunub.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM