"Barselona" "Arsenal"la razılığa gəldi

16:51 | 04.08.2014
"Barselona" "Arsenal"la razılığa gəldi

"Barselona" "Arsenal"la razılığa gəldi

"Barselona" klubu müdafiə xəttinə növbəti futbolçunun transferini bitirmək üzrədir.

Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Kataloniya təmsilçisi Tomas Vermalen üçün 10 milyon funt sterlinq qarşılığında  "Arsenal"la razılığa gəlib.

"Mançester Yunayted"lə də adı hallanan belçikalı futbolçunun London klubunun baş məşqçisi Arsen Venger eyni liqada mübarizə apardıqları komandaya transfer olunmasını istəməyib. Bu səbəbdən Venger Vermalenin "Barsa"ya keçidinə razılıq verib.

Qeyd edək ki, Tomas Vermalen 2009-cu ildən "Arsenal"da oynayır.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb