"Barselona" "Arsenal"ın futbolçusunu istəyir

09:43 | 05.12.2013
"Barselona" "Arsenal"ın futbolçusunu istəyir

"Barselona" "Arsenal"ın futbolçusunu istəyir

"Arsenal" klubunun futbolçusu Aron Remzi "Barselona"nın transfer hədəfinə düşüb.Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, Kataloniya təmsilçisi uelsli futbolçunun xidmətində maraqlıdır.Remzinin son 4 oyundakı çıxışını izləyən "Barselona"nın skautları futbolçunun oyunundan razı qalıblar. Kataloniya təmsilçisi 22 yaşlı futbolçunun transferinə 13 milyon avro təklif edib. Remzinin bu təklifi necə qarşılayacağı böyük maraqla gözlənilir.Qeyd edək ki, bu mövsüm "Arsenal"ın heyətində 13 oyuna çıxan Remzi 8 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb