"Barselona"nı gözləyən böyük təhlükə

19:00 | 17.04.2014
"Barselona"nı gözləyən böyük təhlükə

"Barselona"nı gözləyən böyük təhlükə

Çempionlar Liqasında mübarizəni dayandıran və İspaniya Kral kubokunda "Real"a uduzan "Barselona" klubu böyük təhlükə ilə üz-üzədir.Qol.Az-ın məlumatına görə, Kataloniya təmsilçisi 6 il sonra yenidən mövsümü titulsuz başa vura bilər.Çempionlar Liqasında 7 il sonra ilk dəfə yarımfinala yüksələ bilməyən "Barselona" dünən İspaniya kubokunun finalında Madrid "Real"ına məğlub olmaqla titulu əldən verib. Xerardo Martinonun komandasının yalnız La Liqada çempionluq yaşamaq şansı qalır ki, bu da çətin görünür. La Liqanın sonuna 5 tur qalmış həm "Atletiko" (Madrid), həm də "Real" (Madrid) klubları turnir cədvəlində "Barselona"nı qabaqlayırlar.Öncə Çempionlar Liqasının 1/4 finalında "Atletiko"ya (0:1), ardından La Liqada "Qranada"ya (0:1) və son olaraq dünən İspaniya kubokunun finalındada Madrid "Real"ına uduzan "Barselona" 2003-cü ildən bu yana ilk dəfə ardıcıl 3 görüşdə məğlubiyyətlə üzləşib.Bir müddət öncə FİFA-nın "Barselona" haqda çıxardığı transfer qadağası qərarı isə komandanın vəziyyətini daha da çətinləşdirir. Bu qərar ləğv edilməyəcəyi təqdirdə qapısında və müdafiəsində ciddi sıxıntı yaşayan "Barselona" növbəti mövsüm heç bir transfer həyata keçirə biməyəcək ki, bu da komandaya əlavə çətinlik yaradacaq. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb