"Barselona"nın yeni baş məşqçisi müəyyənləşdi

13:11 | 20.05.2014
"Barselona"nın yeni baş məşqçisi müəyyənləşdi

"Barselona"nın yeni baş məşqçisi müəyyənləşdi

"Mançester Yunayted"in ardından "Barselona" klubunun da yeni baş məşqçisinin kimliyinə aydınlıq gəlib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Xerardo Martinonun gedişindən sonra boş qalmış baş məşqçi postuna komandanın sabiq futbolçusu Luis Enrike gətirilib.

L.Enrike Kataloniya təmsilçisi ilə iki illik müqavilə imzalayıb. Son iş yeri "Selta Viqo" klubu olan 44 yaşlı mütəxəssis artıq sabiq komandası ilə vidalaşıb.

Qeyd edək ki, 1996-2004-cü illərdə "Barselona"nın şərəfini qoruyan Enrike keçirdiyi 207 oyunda 73 qola imza atıb. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM