"Beşiktaş" Madrid "Real"ına rəqib oldu

12:50 | 21.05.2014
"Beşiktaş" Madrid "Real"ına rəqib oldu

"Beşiktaş" Madrid "Real"ına rəqib oldu

"Sevilya" klubunun yarımmüdafiəçisi İvan Rakitiç daha bir klubunun maraq dairəsinə düşüb.Qol.Az-ın "A Bola"ya istinadən verdiyi məlumata görə, "Beşiktaş" klubu da xorvatiyalı futbolçunu transfer etməyi planlaşdırır.İstanbul təmsilçisi yaxın günlərdə 26 yaşlı futbolçuya rəsmi təklif göndərməyə hazırlaşır. Lakin Raktiçlə "Real" (Madrid) klubunun da yaxından maraqlanması "Beşiktaş"ın işini çətinə salıb. Təcrübəli futbolçu gələcək karyerası haqda qərarını dünya çempionatından sonra açıqlayacağını bildirib.Qeyd edək ki, Xorvatiya millisinin üzvü 2011-ci ildə "Şalke"dən "Sevilya"ya transfer olunub. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM