"Bizi "Qarabağ"la çətin oyun gözləyir" - "İnter"in futbolçusu

20:00 | 29.09.2014
"Bizi "Qarabağ"la çətin oyun gözləyir" - "İnter"in futbolçusu

"Bizi "Qarabağ"la çətin oyun gözləyir" - "İnter"in futbolçusu

İtaliya "İnter"inin futbolçusu Andrea Ranokkiya Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la qarşılaşacaqları oyun haqda fikirlərini bildirib.

Qol.Az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, 26 yaşlı müdafiəçi "Qarabağ"la görüşün asan olmayacağını deyib:

"Öz meydanımızda mübarizə aparacağıq. Ancaq bizi çətin oyun gözləyir. Çünki rəqib haqda məlumatımız azdır. Bununla belə, sübut etməliyik ki, "İnter" öz meydanında hər bir rəqibini üstələyə bilər. Qrup mərhələsinə yaxşı başlamışıq. Bu uğurun ardını gətirməliyik. Bizdə hər şey yaxşıdır. "İnter" peşəkar klubdur. Buna görə də rəqibin kimliyindən asılı olmayaraq hər bir oyuna məsuliyyətlə yanaşırıq".

Xatırladaq ki, "Cüzeppe Meazza" stadionunda keçiriləcək "İnter" - "Qarabağ" oyunu Bakı vaxtı ilə gecə saat 00:05-də başlayacaq.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM