"Çelsi"də böyük Türk layihəsi

12:54 | 10.09.2014
"Çelsi"də böyük Türk layihəsi

"Çelsi"də böyük Türk layihəsi

Dünyaca məşhur idmançı və klublarla sponsorluq müqavilələri imzalayan Türkiyənin məşhur "Türkiyə Hava Yolları" şirkəti daha bir nəhəng futbol klubuyla müqavilə imzalamağa hazırlaşır. 

ANN.Az-ın verdiyi xəbərə görə, İngiltərənin məşhur "Daily Mail" qəzeti yazıb ki, bu yaxınlarda "Zadəganlar"la "Samsung" şirkəri arasındakı müqavilə bitəcək, "Türk Hava Yolları" böyük ehtimalla London klubunun yeni sponsoru olacaq. 

Avropanın 4-cü ən böyük hava Yolları şirkəti olan "THY" əvvəllər "Mançester Yunayted", "Borussiya Dortmund", "Barselona" kimi klublarla, o cümlədən Lionel Messi və Kobi Brayant kimi ulduz idmançılarla sponsorlu müqavilələri imzalayıb. 

Qeyd edək ki, "Samsung" 2005-ci ildən bəri "Çelsi"nin əsas sponsoru idi. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb