"Çempion ola bilməsək, bu bizim üçün faciə olacaq"

15:34 | 09.05.2014
"Çempion ola bilməsək, bu bizim üçün faciə olacaq"

"Çempion ola bilməsək, bu bizim üçün faciə olacaq"

"Mançester Siti" klubunun yarımmüdafiəçisi Yaya Ture komandasının Premyer Liqada çempionluq şansları haqda danışıb.

Qol.Az-ın məlumatına görə, Ture "goal.com"a açıqlamasında komandasının çempion olmağa çox yaxın olduğunu bildirib:

"Açığı, bu mövsüm Premyer Liqanın ən yaxş futbolçusu mükafatının mənə yox, Luiz Suarezə verilməsinə məyus oldum. Ancaq əsas komandanın titul qazanmasıdır. Biz hər zaman maksimum nəticə üçün oynayırıq və buna nail olmağa çox yaxınıq. Əgər bu mövsüm çempion ola bilməsək, bu, həm bizim, həm də azarkeşlərimiz üçün faciə olacaq".

Qeyd edək ki, mayın 11-də evdə "Vest Hem"lə qarşılaşacaq "Mançester Siti" qalib gələcəyi təqdirdə çempionluğunu rəsmiləşdirəcək. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb