"Fənərbaxça" klubu siyasətə qarışmamalıdır"

12:56 | 30.12.2013
"Fənərbaxça" klubu siyasətə qarışmamalıdır"

"Fənərbaxça" klubu siyasətə qarışmamalıdır"

""Fənərbaxça" klubu siyasətə qarışmamalıdır". "Fənərbaxça"nın 5-1 qazandığı "Kayserispor" matçının ardından tanınmış futbol şərhçisi Rıdvan Dilmen Şükrü Saracoğlu Stadionunda edilən "Hökumət istefa" şüarlarına sərt reaksiya verib. Dilmen, NTV-də yayımlanan "yüzdə 100 futbol" proqramında "Fənərbaxça" tərəfdarının baş nazir Ərdoğan və hökumət əleyhinə səsləndirdiyi şüarları qınadığını açıqlayıb:"Mən fənərbaxçalıyam. İnsanlar məndən inciyə bilərlər, amma baş nazirin şəxsinə qarşı edilən şüarları qınayıram. "Fənərbaxça"nın çətin günlərində baş nazir Təyyib Ərdoğan hər kəsdən çox fənərbaxçalılıq göstərib. Bildiyim üçün söyləyirəm. Bu detalların hamısını hörmətli Əziz Yıldırım bilir və mövzu ilə əlaqədar açıqlama verməsini gözləyirəm. Bir fənərbaxçalı olaraq həqiqətən çox kədərləndim. Çox ciddi xidmətləri olan ölkənin rəhbərinə haqsızlıq edildiyini düşünürəm. Niyə haqsızlıq edildiyinin də Əziz bəydən cavabını gözləyirəm. "Fənərbaxça" klubu siyasətə qarışmamalıdır". ANS Press
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb