"Futbol oyunu qızlar üçün deyil" – Ançelotti

22:00 | 12.09.2014
"Futbol oyunu qızlar üçün deyil" – Ançelotti

"Futbol oyunu qızlar üçün deyil" – Ançelotti

"Real" (Madrid) klubunun baş məşqçisi Karlo Ançelotti La Liqanın 3-cü turu çərçivəsində qarşılaşacaqları Madrid "Atletiko"su ilə oyunöncəsi fikirlərini bölüşüb.

Qol.Az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, italiyalı mütəxəssis "Atletiko"nun aqressiv futbol oynadığını bildirib:

"Atletiko" vəhşi komanda deyil. Sadəcə aqressiv oynayırlar. Onsuz da futbol oyunu qızlar yox, kişilər üçündür. Dünyadakı bütün insanlar da futbolun onların zövqü üçün oynanılan bir oyun olduğunu bilirlər".

Ançelotti zədəli olan Kriştiano Ronaldonun son durumuna da aydınlıq gətirib: "Ronaldonun fiziki durumu yaxşıdır. Heç bir problemi yoxdur. Komanda ilə məşqlərə qatılıb".

Qeyd edək ki, "Real" - "Atletiko" oyunu sabah, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb