"Gəl Şeytan, gəl şeytan" - deyib oğlunun gözünü çıxartdı

19:31 | 12.09.2014
"Gəl Şeytan, gəl şeytan" - deyib oğlunun gözünü çıxartdı

"Gəl Şeytan, gəl şeytan" - deyib oğlunun gözünü çıxartdı

Zəlzələdən qorunmaq üçün şeytanın çağrılması üçün təşkil olunan mərasimdə bir ailə 5 yaşlı uşaqlarının gözünü oyub.ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, hadisə Meksikada baş verib və cinayəti törədən ata-ana həbs olunublar. Cinayətin baş verdiyi ayində uşağın anası Maria del Karmen Qarsia Rios, nənə, baba, dayı və xalası iştirak edib. Onlar ailənin kiçik üzvü Fernando Kaleb Alvarado Riosa mərasim zamanı gözlərinin qapadılmasını istəyiblər. Uşaq gözlərini bağlamadığına görə, şeytana uyan ailə onun gözünü yerindən çıxarıblar.Uşağın bağırtsını eşidən qonşular evə giriblər və uşağı qatil ailənin əlində alıblar.Balaca Fernando uzun müddət müalicə alıb, göz dəliklərinə şüşə protez qoyulub. Bugünlərdə ailə ilə bağlı uzun sürən məhkəmə prosesindən sonra cinayətkarlara hökm oxunub. Ana, nənə, baba, xala və dayıya hərəsinə 30 il olmaqla həbs cəzası kəsilib.  ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb