"Çixura"nın baş məşqçisi: "Azərbaycan klublarının maliyyə dəstəkləri çox güclüdür"

14:14 | 08.08.2014
"Çixura"nın baş məşqçisi: "Azərbaycan klublarının maliyyə dəstəkləri çox güclüdür"

"Çixura"nın baş məşqçisi: "Azərbaycan klublarının maliyyə dəstəkləri çox güclüdür"

"Ehtiyat qüvvəmiz zəif idi. Amma komandam ümumilikdə yaxşı oynadı. Yarımmüdafiəçiləri müdafiədə oynatmağa məcbur idik. Bizim üçün əsas qol buraxmamaq idi. Çünki bilirdik ki, qapımızda qol görsək, işimiz çətin olacaq. Belə də oldu. Lakin ümumi götürdükdə, yaxşı oyun göstərdik”. 
ANN.Az-ın "futbolxeber.az"a istinadən verdiyi məlumata görə, bu sözləri “Çixura”nın baş məşqçisi Samson Pruidze Avropa Liqasının III təsnifat mərhələsində “Neftçi” ilə cavab oyunundan sonra keçirilən mətbuat konfransında deyib.
Gürcü mütəxəssis rəqibin daha təcrübəli futbolçulardan təşkil olunduğunu qeyd edib: “Neftçi”nin hücumçuları bizim müdafiəçilərdən daha sürətli idilər. Həm də müqayisə etsək, rəqibin heyətindəki oyunçular həm fiziki cəhətdən daha hazırlıqlı, həm də daha təcrübəlidirlər. Azərbaycandakı klubların maliyyə dəstəkləri çox güclüdür. Bu səbəbdən də istədikləri futbolçuları transfer edirlər. Lakin biz Azərbaycan deyil, Türkiyə modelindən yararlanmağa, öz gənclərimizi üzə çıxarmağa çalışırıq".
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM