"KQB" generalı terrorçulara başçılıq edəcək - Şok

11:11 | 12.07.2014
"KQB" generalı terrorçulara başçılıq edəcək - Şok

"KQB" generalı terrorçulara başçılıq edəcək - Şok

Tanınmamış Dnesteryanı Respublikası KQB-sinin keçmiş rəhbəri Ukraynanın şərqindəki terrorçulara köməklik edəcək. Axar.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Mətbuat kəşfiyyatçı Vladimir Antyufeyevin dünən mətbuat konfransı zamanı İqor Strelkov tərəfindən ictimaiyyətə təqdim olunduğunu bildirib. Qeyd edək ki, Vladimir Antyufeyev 1990-cı illərin əvvəllərində Latviyadan qaçıb. Həmin şəxs bu ölkədə hələ də axtarışdadır. O, daha sonra Dnesteryanıda Moldova Respublikasına qarşı döyüşdə iştirak edib. 2012-ci ilə qədər DTK-nın rəhbəri olan Vladimir Antyufeyevi vəzifədə Yevqeni Şevçuk əvəz edib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM