"Liverpul" "Borussiya"nın futbolçusunu istəyir

10:11 | 16.07.2014
"Liverpul" "Borussiya"nın futbolçusunu istəyir

"Liverpul" "Borussiya"nın futbolçusunu istəyir

İngiltərənin "Liverpul" klubu yeni mövsüm üçüm transfer çalışmalarını davam etdirir.Qol.Az-ın "Daily Express"ə istinadən verdiyi məlumata görə, "mersisaydlılar" bu dəfə "Borussiya" (Dortmund) klubunun yarımmüdafiəçisi Marko Roysa "elçi" düşüb.  "Liverpul" serbiyalı Lazar Markoviçin ardından almaniyalı futbolçunu da heyətinə qatmağı planlaşdırır. Artıq təcrübəli futbolçu ilə rəsmi danışıqlara başlanılıb. Lakin Roysla "Barselona"nın da yaxından maraqlanması ingilis təmsilçisinin işini çətinə salıb.Qeyd edək ki, 25 yaşlı futbolçu 2012-ci ildən "Borussiya"nın şərəfini qoruyur.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM