"Malaqa" "Barselona"nı dayandırdı

10:31 | 25.09.2014
"Malaqa" "Barselona"nı dayandırdı

"Malaqa" "Barselona"nı dayandırdı

İspaniya La Liqasında V turun oyunları davam edir.

Qol.Az-ın məlumatına görə, ikinci oyun günündə daha 6 qarşılaşma keçirilib.

Səfərdə "Malaqa"nın qonağı olan "Barselona" klubu rəqibin müqavimətini qıra bilməyib. Ardıcıl 4 oyunda qələbə qazanmaqla maksimum nəticə göstərən Kataloniya təmsilçisi "Malaqa" səfərindən 1 xalla dönüb - 0:0. "Sevilya" doğma azarkeşləri önündə "Real Sosyedad"ı 1:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, La Liqada 5-ci tura bu axşam keçiriləcək iki oyunla yekun vurulacaq.

 

24 sentyabr 

İspaniya La Liqası, 5-ci tur

“Malaqa” – “Barselona” - 0:0

“Almeriya” – “Atletiko” (Madrid) - 0:1

Qol: Joao Miranda, 60 (0:1)

“Eybar” – “Vilyareal” - 1:1

Qollar: Mikel Arrubarrena, 9 (1:0), Jerar Moreno, 71 (1:1)

“Rayo Valyekano” – “Atletik” (Bilbao) - 2:1

Qollar: Aritz Aduriz, 21 (0:1), Leo Baptista, 39, 90 (2:1) 

“Qranada” – “Levante” - 0:1

Qol: Ruben Qarsiya, 46 (0:1)

“Sevilya” – “Real Sosyedad” - 1:0

Qol: Jerar Delofeu, 18 (1:0)

 

25 sentyabr

“Espanyol” – “Xetafe”

“Valensiya” – “Kordoba”

 

23 sentyabr

“Real” – “Elçe” – 5:1 

Qollar:  Albakar, 15, (0:1), Beyl, 20 (1:1), Ronaldo, 27-pen. (2:1), 31 (3:1), 80-pen.(4:1), 90+2 (5:1)

 

“Selta” – “Deportivo” - 2:1

Qollar: Nolito, 4 (1:0), Kuenka, 55 (1:1), Larrivey, 72 (2:1) 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb