"Mançester Yunayted"in ulduzu "Monako" yolunda

11:14 | 06.12.2013
"Mançester Yunayted"in ulduzu "Monako" yolunda

"Mançester Yunayted"in ulduzu "Monako" yolunda

"Mançester Yunayted" klubunun yarımmüdafiəçisi Şinci Kaqava yanvar ayında komandadan ayrıla bilər.Qol.Az-ın məlumatına görə, yaponiyalı futbolçu Fransanın "Monako" klubunun maraq dairəsinə düşüb.Fransa təmsilçisi komandası ilə 2016-cı ilə qədər müqaviləsi olan Kaqavaya yüksək maaş təklif edəcək. Hələlik məbləğin dəyəri açıqlanmayıb. İngiltərədə təcrübəli futbolçunun hansı qərarı verəcəyi böyük maraqla gözlənilir.Qeyd edək ki, Kaqava ilə "Arsenal" və "Borussiya" (Dortmund) klubları da yaxından maraqlanır. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM