"Mobil danışıqların qiymətləri aşağı düşəcək"

11:43 | 03.12.2013
"Mobil danışıqların qiymətləri aşağı düşəcək"

"Mobil danışıqların qiymətləri aşağı düşəcək"

"Mobil danışıqların qiymətləri aşağı düşəcək". ANS PRESS-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib. Nazir bildirib ki, qiymətlərin aşağı salınması yaxın vaxtlarda mümkün olacaq:"Mobil sektorda qiymətlərin aşağı salınmasını bazar münasibətləri tənzimləyir. Operatorlar arasında olan trafik qiymətini nazirlik müəyyənləşdirir. Belə ki, hər dəqiqəyə bütün istiqamətlərdə 5 qəpik sərf olunur. Mobil operatorlar nə qədər çalışsalar da, bu qiymətdən aşağı xidmət göstərə bilməzlər. Çünki burda nazirlik tərəfində qoyulan məhdudiyyət var. Amma artıq qiymətlərin mümkün qədər 2 qəpiklə 5 qəpik arasında tənzimlənməsinə zəmin yaranıb. Biz bu qiymətləri yaxın vaxtlarda aşağı salacağıq. O zaman mobil operatorlar da qiymətləri aşağı sala biləcəklər".ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb