"Mourinyo çox danışmasın!" - Mançini

12:54 | 19.09.2014
"Mourinyo çox danışmasın!" - Mançini

"Mourinyo çox danışmasın!" - Mançini

"Qalatasaray"ın sabiq baş məşqçisi Roberto Mançini "Çelsi"nin çalışdırıcısı Joze Mourinyonun cavabını verib.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, Portuqaliya millisində  işləyib-işləməyəcəyi ilə bağlı qərarı Mourinyonun vermək hüququ olmadığını deyib:

"Səhv etmirəmsə, o, "Çelsi"də işləyir. Mourinyo Portuqaliya Futbol Federasiyasının prezidenti deyil. Ona görə də Mourinyo ən yaxşısı çox danışmasın!".

Qeyd edək ki, Mourinyo Portuqaliya millisini yerli baş məşqçinin çalışdırmasının daha yaxşı olacağını deyib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti