"Neftçi" dağılır: qocalar gedir

14:22 | 29.04.2014
"Neftçi" dağılır: qocalar gedir

"Neftçi" dağılır: qocalar gedir

Son 3 mövsümdə qazandığı çempionluq titulunu itirən "Neftçi" ciddi islahatlara hazırlaşır. 

Fanat.az xəbər verir ki, paytaxt klubu yayda heyətini böyük ölçüdə təmizləyəcək. Bir çox legionerə və yaşlı futbolçuya qapını göstərəcək "Neftçi" rəhbərliyi yeni mövsümdə əsasən gənclərə üstünlük verəcək. Heyətə sərfəli qiymətə az sayda və keyfiyyətli legionerlər cəlb olunacaq. 

Komandadan kimlərin gedəcəyinə gəlincə, İqor Mitreski, Denis Silva, Pavel Doroşev və Bahodir Nasimovun gedəcəyi dəqiqdi. Rəşad Sadiqovun "Qəbələ" və "Xəzər Lənkəran"dan daha sərfəli təklif aldığı və getmək istəməsi bəllidi. Bruno Bertuççinin satılması gözlənilir. 

Bir neçə təcrübəli futbolçunu heyətdə saxlayacaq "Neftçi" "Simurq"dan Nicat Qurbanovla "Araz Naxçıvan"dan Emil Balayevi geri qaytaracaq. Bundan başqa da bir neçə gənc oyunçu transfer olunacaq.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb