"Neftçi" yenidən pley-off-da

00:01 | 08.08.2014
"Neftçi" yenidən pley-off-da

"Neftçi" yenidən pley-off-da

Bu gün Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları keçirilib.
Qol.Az-ın məlumatına görə, təmsilçimiz “Neftçi” də bu gün meydana çıxıb.
Böyükağa Hacıyevin komandası səfərdə Gürcüstanın “Çixura” klubu ilə qarşılaşıb. İlk oyunda qeydə alınan qolsuz heç-heçə komandaların play-off mərhələsinə adlamaq şansını bərabərləşdirmişdi. Lakin səfərdə rəqibinə 3:2 hesabı ilə qalib gələn "Neftçi" tarixində ikinci dəfə Avroliqanın pley-off mərhələsində oynamaq hüququ qazanıb. 
Qeyd edək ki, "Neftçi"nin pley-off mərhələsindəki rəqibinə bu gün keçiriləcək püşkatma mərasimində aydınlıq gələcək. 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM