"Qalatasaray"ın ulduz futbolçusu heyətdən kənarda qaldı

22:03 | 08.09.2014
"Qalatasaray"ın ulduz futbolçusu heyətdən kənarda qaldı

"Qalatasaray"ın ulduz futbolçusu heyətdən kənarda qaldı

"Qalatasaray"ın cinah yarımmüdafiəçisi Bruma Portuqaliya yığmasının heyətindən kənarda qalıb. 

ANN.Az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, yığmanın baş məşqçisi Paolo Bento ulduz futbolçunu Albaniya ilə oyunun heyətindən çıxarıb. 

Keçən il Portuqaliyanın "Sportinq Lissabon" klubundan "Qalatasaray"a böyük ümidlərlə transfer edilən Bruma Avropa çempionatının seçmə mərhələsinin ilk oyununu stadiondan izləmək məcburiyyətində qalacaq. 

19 yaşlı futbolçu əvvəlcə 24 nəfərlik heyətdə özünə yer tapmışdı. Ancaq UEFA qaydaları dəyişib heyəti 23 nəfərə endirməyi tələb edib. Buna görə də Bento heyətdən kənarda qalacaq futbolçu kimi Brumanı seçib. 

 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb