"Qarabağ" "Liverpul" və "Fənərbaxça"nı geridə qoydu

18:42 | 05.06.2014
"Qarabağ" "Liverpul" və "Fənərbaxça"nı geridə qoydu

"Qarabağ" "Liverpul" və "Fənərbaxça"nı geridə qoydu

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən güclü klublarının yeni reytinq cədvəlini açıqlayıb.
Qol.Az-ın məlumatına görə, 200 klubun yer aldığı siyahıda ölkəmizi yenə bir komanda təmsil edir.
Ötən ayla müqayisədə 8 pillə geriləyən "Qarabağ" klubu 111-ci pillədə qərarlaşıb. Aktivində 122 xal olan Ağdam təmsilçisi Fransanın "Sent Etyen" və İsrailin "Makkabi" (Hayfa) klubları ilə eyni pilləni bölüşür.
Qurban Qurbanovun komandası dünya reytinqində "Udineze" (125), "Liverpul" (130), "Everton" (133), "Atletik" (Bilbao, 136), "Volfsburq" (146) və "Fənərbaxça" (180) kimi komandaları geridə qoyub. 
Siyahıya isə ötən mövsüm bütün titulları qazanan "Bavariya" klubu başçılıq edir. Hesabına 336 xal olan Münhen təmsilçisi bütün rəqiblərini qabaqlayıb. Madrid "Real"ı ikinci, Madrid "Atletiko"su isə üçüncü olub. 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM