"Qarabağ" yenə hamını geridə qoydu

14:04 | 29.05.2014
"Qarabağ" yenə hamını geridə qoydu

"Qarabağ" yenə hamını geridə qoydu

Azərbaycan Premyer Liqasının 2013/2014 mövsümünün bir sıra statistik məlumatları açıqlanıb.

ANN.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, InStat Football şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi statistikaya əsasən topa ən çox nəzarət edən komanda “Qarabağ” olub. Ağdam futbolçuları orta hesabla hər oyunda 34 dəqiqədən çox topa nəzarət ediblər.

Hücum sayında “Neftçi” digər komandalardan daha üstün olub (oyun ərzində 101 dəfə). Qapılara zərbələrdə isə “Xəzər Lənkəran”, “Bakı” və “Neftçi” fərqlənib – orta hesabla hər oyunda 15 zərbə.

Ölkə çempionu olmuş “Qarabağ” ötürmə sayında və dəqiqliyində də rəqiblərini geridə qoyub – müvafiq olaraq 631 ötürmə, onlardan 551-i dəqiq olub (orta hesabla hər oyunda).

Azərbaycan kubokunu ardıcıl ikinci dəfə qazanan ötənilki çempion “Neftçi” oyun ərzində orta hesabla 6 künc zərbəsi ilə bu göstərici üzrə liderdir.

Premyer Liqamızın gümüş mükafatçısı “İnter” klubunun futbolçuları oyundankənar vəziyyətlərin sayına görə “fərqləniblər”. Bakılıların hər oyun üçün orta göstəricisi 3,5-dir.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb