"Qarabağ"dan uğurlu debüt

09:32 | 16.07.2014
"Qarabağ"dan uğurlu debüt

"Qarabağ"dan uğurlu debüt

Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunlarına start verilib.Qol.Az-ın məlumatına görə, turnirdəki yeganə təmsilçimiz "Qarabağ" klubu bu axşam Maltada "Valletta"nın qonağı olub.Tarixində ilk dəfə Çempionlar Liqasında mübarizə aparacaq Ağdam təmsilçisi debüt matçında qələbə qazanmağa çalışacaqdı. Qurban Qurbanovun komandası bu görüşün əsas favoriti hesab olunurdu. "Qarabağ" "Valetta" ilə matçda 1:0 hesabı ilə qalib gələrək  növbəti mərhələyə yüksəlmək şansını artırıb.Qeyd edək ki, bu komandalar arasında cavab görüşü bir həftə sonra Bakıda keçiriləcək. Tofiq Bəhramov adına respublika stadionunda baş tutacaq həmin oyun saat 21:30-da başlayacaq. 15 iyulÇempionlar Liqası, II təsnifat mərhələsinin ilk oyunu21:30. "Valletta" (Malta) - "Qarabağ" (Azərbaycan) - 0:1 Baş hakim: Adrien Jakkottet (İsveçrə)"Ta Qali" stadionu. Qol: Çumbinyo, 17 (0:1)Qırmızı vərəqə: Kamilleri, 84 ("Valletta")Qarşılaşmanın 85-ci dəqiqəsində "Valletta"nın qapısına təyin olunan penaltini  Riçard Almeyda dəqiq yerinə yetirə bilməyib. Onun zərbəsini qapıçı Vella dəf edib."Valletta": Vella, Karuana, Azzopardi, Kamilleri, Dimeç, Feneç (k), Faria, Briffa, Bajada (Sirac-Arab, 90+2), Nafti (Zammit, 85), Elford - Alliyu (Kuh-Sohna, 72)"Qarabağ": İbrahim Şehiç, Qara Qarayev (Namiq Yusifov, 79), Admir Teli (k), Ansi Aqolli, Bədavi Hüseynov, Reynaldo, Muarem Muarem (Danilo Dias, 72), İlqar Qurbanov, Riçard Almeyda, Leroy Corc ( Vüqar Nadirov, 84), ÇumbinyoANN.Az 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM