Milanın "İnter" klubunun prezidenti Erik Tohir baş məşqçi Valter Mazzari və direktor Marko Fassone ilə təcili görüş keçirib.
Qol.Az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, buna A seriyasının 5-ci turunda "İnter"in öz meydanında "Kalyari"yə 1:4 hesabı ilə məğlubiyyəti səbəb olub.
"Kalyari" məğlubiyyəti ilə bağlı Mazzaridən hesabat tələb edən klub prezidenti komandadakı problemlərin tezliklə aradan qaldırılması üçün lazımi tədbirlərin görülməsini istəyib.
Qeyd edək ki, "İnter" növbəti matçını Avropa Liqasının qrup mərhələsində evdə "Qarabağ"a qarşı keçirəcək. Oktyabrın 2-də, Milanda baş tutacaq oyun Bakı vaxtı ilə gecə saat 00:05-də başlayacaq.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !