"Qarabağ"ın oyunu təxirə salınır

16:02 | 22.08.2014
"Qarabağ"ın oyunu təxirə salınır

"Qarabağ"ın oyunu təxirə salınır

Azərbaycan Premyer Liqasının III turunda avqustun 24-də  keçirilməsi nəzərdə tutulan "Araz Naxçıvan"  - "Qarabağ" matçı təxirə salınacaq.

Qol.Az-ın məlumatına görə, Avropa Liqasının pley-off mərhələsində mübarizə aparan "Qarabağ" görüşün təxirə salınmasını istəyib.

 

Ağdam təmsilçisi bu gün  PFL-ə müraciət edərək avqustun 28-də "Tvente" ilə cavab matçının olmasını nəzərə alaraq Araz Naxçıvan"la görüşün başqa vaxta keçirilməsini xahiş edib. 

PFL-in "Qarabağ"ın müraciətinə bu gün müsbət cavab verəcəyi gözlənilir. 

Qeyd edək ki, bundan əvvəl PFL "Qarabağ"ın "Araz Naxçivan"la oyununu avqustun 23-dən 24-nə keçirmişdi.  

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM