"Qarabağ"ın potensial rəqibi bəlli oldu

16:09 | 18.07.2014
"Qarabağ"ın potensial rəqibi bəlli oldu

"Qarabağ"ın potensial rəqibi bəlli oldu

Bu gün Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkü atılıb.

Qol.Az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayıb.

İkinci təsnifat mərhələsində Maltanın "Valletta" klubu ilə qarşılaşan təmsilçimiz "Qarabağ" klubu püşk zamanı səpələnməmişlər səbətində yer alıb. Artıq son Azərbaycan çempionunun III təsnifat mərhələsində qarşılaşacağı rəqibi müəyyənləşib. Qurban Qurbanovun komandası "Valletta" səddini keçəcəyi təqdirdə növbəti mərhələdə Avstriyanın "Zalsburq" klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, Çempionlar Liqasının III təsnifat mərhələsinin oyunları 29-30 iyul və 5-6 avqust tarixlərində keçiriləcək.

 

"Valletta" (Malta) / “Qarabağ" (Azərbaycan) - "Zalsburq" (Avstriya)

"Kliftonvill" (Şimali İrlandiya) / "Debretsen" (Macarıstan) - BATE (Belarus) / "Skenderbeu" (Albaniya) 

"Slovan" (Slovakiya) / TNS (Uels) - "Şerif" (Moldova) / "Sutyeska" (Monteneqro)

"Olborq" (Danimarka) - "Dinamo" (Zaqreb, Xorvatiya) / "Jalgiris" (Litva)

"Legiya" (Polşa) / "Sent Patriks" (İrlandiya) - "Seltik" (Şotlandiya) / "Reykyavik" (İslandiya)

"Dinamo" (Gürcüstan) / "Aktobe" (Qazaxıstan) - "Stromsqodset" (Norveç) / "Styaua" (Rumıniya) 

"Zrinski" (Bosniya və Herseqovina) / "Maribor" (Sloveniya) - "Makkabi" (Təl-Əviv, İsrail) / "Santa Koloma" (Andorra)

"Rabotniçki" (Makedoniya) / HİK (Finlandiya) - APOEL (Kipr)

"Sparta" (Çexiya) / "Levadiya" (Estoniya) - "Malmö" (İsveç) / "Ventspils" (Latviya)

"Ludoqorets" (Bolqarıstan) / "Düdelanj" (Lüksemburq) - "Partizan" (Serbiya) / "Torshavn" (Farer adaları) 

AEL (Kipr) - "Zenit" (Rusiya)

"Dnepr" (Ukrayna) - "Kopenhagen" (Danimarka)

"Feyenoord" (Hollandiya) - "Beşiktaş" (Türkiyə)

"Qrasshoppers" (İsveçrə) - "Lill" (Fransa)

"Standard" (Belçika) - "Panatinaikos" (Yunanıstan)

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM