"Qarabağ"ın rəqibində ciddi itki

18:35 | 27.11.2014
"Qarabağ"ın rəqibində ciddi itki

"Qarabağ"ın rəqibində ciddi itki

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan İtaliya "İnter"i ciddi itki ilə üzləşib.ANN.Az Qol.Az-a istinadən xəbər verir ki, Milan təmsilçisinin müdafiəçisi Nemanya Vidiç zədələnərək sıradan çıxıb. Məşqdə zədələnən futbolçunun ən azı bir-iki həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilir. Onun bu axşam Avropa Liqasının qrup mərhələsində "Dnepr"ə və İtaliya A Seriyasında "Roma"ya qarşı oynamayacağı dəqiqləşib. Lakin serbiyalı futbolçunun Avropa Liqasının qrup mərhələsində Bakıda "Qarabağ"a qarşı oynayıb-oynamayacağı məlum deyil. Vidiçlə yanaşı, Yan M'Vila da bu gecə "Dnepr"lə görüşdə komandasına kömək edə bilməyəcək.Qeyd edək ki, "İnter" Avropa Liqasının qrup mərhələsində son matçını Bakıda "Qarabağ"a qarşı keçirəcək. Həmin oyun dekabrın 11-də keçiriləcək.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb