"Real Madrid" Qara Əfsanə adlandırıldı

21:40 | 17.10.2014
"Real Madrid" Qara Əfsanə adlandırıldı

"Real Madrid" Qara Əfsanə adlandırıldı

"La Liqada" 25 oktyabrda oynanılacaq "El Klassiko" öncəsi Kataloniyanın dövlət televiziyası TV3-də yayımlanan sənədli filmdə diktator Franko ilə "Real Madrid" arasında yaxın əlaqənin olduğu iddia edilib. 

Karles Torrasın hazırladığı "Həqiqi Madrid. Bəyaz zəfərin qara əfsanəsi" başlıqlı filmdə diktator Franko ilə "Real Madrid" arasında "dostluqdan daha artığının" olduğu iddia edilib. Filmdə "Santiaqo Bernabeu stadionu xalqın puluna tikilməsi və Alfredo Di Stefanonun bəyaz formanı geyinməsi bunu təsdiq edir" kimi fikirlər yer alır. 

Həmçinin "Real Madrid"in əfsanəvi furbolçusu Alfredo Di Stefanonun bu klubda oynaması üçün Franko dövründə sürətli şəkildə İspaniya vətəndaşlığının verildiyi bildirilib. 

"Real Madrid" klubunun rəhbərliyi isə məsələyə sərt reaksiya bildirib. Klubun Katoloniyadakı təmsilçiləri kanala zəng edərək etirazlarını bildiriblər. 

İspaniyanın ABC qəzeti isə əksinə, Frankonun "Barselona" klubuna "qızıl medal" verdiyini bildirib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM