"Real" oğlumu aldatdı"

19:25 | 28.08.2014
"Real" oğlumu aldatdı"

"Real" oğlumu aldatdı"

Di Mariyanın atası oğluna söz verdikləri miqdarda maaş verilmədiyini deyib

"Heç vaxt "Real"da Anxeli qiymətləndirmirdilər, onlar mənim oğlumu aldatdılar".

ANS PRESS-in məlumatına görə, bu sözləri argentinalı ulduz Anxel Di Mariyanın atası deyib.

O bildirib ki, qəsdən belə təəssürat yaradılırdı ki, guya onu bu klubda heç kim görmək istəmir:

"O, əsas heyətdə qalmaq üçün mübarizə aparmağa həmişə məcbur idi. Çünki, "Real" daim yeni oyunçular alırdı. Məsələn, bura Qarit Beyl və Ceyms Rodriqesi misal çəkmək olar".

Di Mariyanın atası oğluna söz verdikləri miqdarda maaş verilmədiyini söyləyib. Onun sözlərinə görə, "Real" rəsmiləri söz verdikləri pulun təxminən yarısını Di Mariyaya ödəyiblər".

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb