"Real"da Ronaldoya görə qalmışdım" - Di Mariya

19:28 | 02.09.2014
"Real"da Ronaldoya görə qalmışdım" - Di Mariya

"Real"da Ronaldoya görə qalmışdım" - Di Mariya

"Mançester Yunayted" klubunun yeni transferi Anxel di Mariya maraqlı fikirləri ilə diqqət çəkib.Qol.Az-ın məlumatına görə, ESPN-ə danışan argentinalı futbolçu ötən mövsüm sabiq komanda yoldaşı Kriştiano Ronaldonun israrı sayəsində "Real"da qaldığını bildirib:"Düzünü desəm, ötən mövsüm "Real"da Ronaldoya görə qaldım. Onunla çox yaxşı dostluğumuz var. "Real"dan yaxşı şəkildə ayrıldığımı düşünürəm. "Mançester Yunayted"ə gəlincə, mənim üçün tələb olunan məbləği ödədikləri üçün onlara təşəkkür edirəm. Premyer Liqanın ən bahalı transfer olmağım üzərimdə təzyiq yaratmayacaq. Premyer Liqa fiziki gücün ön plana çıxdığı çempionatdır. Baş məşqçi Lui van Qal məndən tezliklə komandaya uyğunlaşmağımı istədi".Qeyd edək ki, di Dariya 75 milyon avro müqabilində "Real"dan "Mançester Yunayted"ə transfer olunub. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb