"Zalsburq" - "Qarabağ" oyununda anşlaq olacaq

14:16 | 02.08.2014
"Zalsburq" - "Qarabağ" oyununda anşlaq olacaq

"Zalsburq" - "Qarabağ" oyununda anşlaq olacaq

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Zalsburq" - "Qarabağ" matçında stadionda anşlaq olacağı gözlənilir.

"Qarabağ" klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Qol.Az saytına açıqlamasında stadionda azərbaycanlı azarkeşlərin də olacağını bildirib.

Klub rəsmisinin sözlərinə görə, "Qarabağ"ı dəstəkləmək üçün 25-30 nəfər azarkeş şəxsi vəsaitləri hesabına Azərbaycandan Avstriyaya gedəcək. Avstriyada yaşayan azərbaycanlılar da bu oyun üçün müraciət ediblər. Bununla yanaşı, Avropada yaşayan 200 nəfər azərbaycanlı azarkeşin də Zalsburqda keçiriləcək matça gedəcəyi gözlənilir.

Qeyd edək ki, avqustun 6-da 31 min azarkeş tutumuna malik "Red Bull Arena"da keçiriləcək "Zalsburq" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:30-da başlayacaq. Bu komandalar arasında baş tutan ilk görüşdə Ağdam təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.  

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb