Qurban Qurbanov: Onlar etimadı doğrultmadılar

11:05 | 22.08.2014
Qurban Qurbanov: Onlar etimadı doğrultmadılar

Qurban Qurbanov: Onlar etimadı doğrultmadılar

“Qələbə qazanmaq istəyirdik, amma alınmadı. Çumbinyonun olmaması planlarımızı dəyişdi”. Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Bu gün “Qarabağ” Avroliqanın pley-off mərhələsi çərçivəsində Hollandiyanın “Tvente” klubu ilə qarşılaşıb. Görüş qolsuz heç-heçə ilə başa çatıb.

Oyundan sonra keçirilən mətbuat konfransında Qurbanov cavab matçında fərqli oynayacaqlarını deyib: “Mütləq dəyişikliklər ediləcək. Açığı, düşündüyümüz kimi oynaya bilmədik. Çumbinyo zədəli olduğu üçün oyunumuz alınmadı. Əvəzetmələrimizi tez etdik. Amma onlar da etimadı doğrultmadı. Bəlkə də biz rəqibdən daha açıq oyun gözləyirdik deyə belə oldu. Ümumi oyunu götürsək, Riçard Almeydanın oyunun alınmaması da Çumbinyonun olmaması ilə bağlı idi. Çünki o və komanda yoldaşları Çumbinyo ilə birgə oynamağa öyrəşib”.

Qurbanov Leory Corc və Danilo Diasın əvəzlənərək yerlərini gənc yerli futbolçulara verməsi haqda isə belə deyib: “Namiq Ələsgərovda bir qədər həyəcan var idi. Amma Cavid Tağıyevdə problem yox idi. Onları meydana buraxmaqla oyunda canlanma yaratmağı düşündüm. Fikrimcə, vaxtında edilən əvəzetmələr idi”.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM