Rafiq Hüseynov sevindirdi

17:00 | 07.06.2014
Rafiq Hüseynov sevindirdi

Rafiq Hüseynov sevindirdi

"Özümü yaxşı hiss edirəm"“Müalicəm davam edir. Son dəfə kimya terapiyanı Türkiyədə almışam. Hazırda özümü yaxşı hiss edirəm". Səhhəti ilə bağlı APA TV-yə məlumat verən məşhur diktor, xalq artisti Rafiq Hüseynov deyib ki, səhhətində ümumi zəiflik var. Bu isə uzun sürən müalicənin nəticəsidir: "Baxdılar, müayinə elədilər, "hər şey qaydasındadır" dedilər. Cəmi 4 kimya-terapiya almışam. Təşəkkür edirəm, tez-tez məni yada salırsınız".  Rafiq Hüseynov deyir ki, müalicəsini davam etdirmək üçün 3 aydan sonra yenidən Türkiyəyə getməsi gözlənilir. Xatırladaq ki, Rafiq Hüseynov ağciyər xərçəngindən əziyyət çəkir. O, dekabrın 10-da Türkiyədə əməliyyat olunub. Həkimlər 4 saat çəkən əməliyyatla onun ağciyərinin üstündəki şişi götürüblər.  ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb