Ramanada yerləşən yaşıllıqla bağlı - Rəsmi açıqlama

09:40 | 16.07.2019
Ramanada yerləşən yaşıllıqla bağlı - Rəsmi açıqlama

Ramanada yerləşən yaşıllıqla bağlı - Rəsmi açıqlama

Bir neçə gün öncə vətəndaş tərəfindən Ramanda yerləşən Qalanın ətrafında əkilən ağaclarla bağlı video yaylmışdı. Videoda ağacların əkilməsinin təşəbbüskarı olan Bakı Təhsil İdarəsi tənqid olunaraq bildirilirdi ki, həmin ərazidə cəmi bir neçə ağac əkilib və artıq ağaclar baxımsızıqdan quruyur.

Məsələ ilə bağlı Anews.az-ın sorğusuna cavab verən Bakı Təhsil İdarəsi bildirib ki, həmin ərazidə ağacəkmə aksiyası 2018-ci ilin mayın əvvəllərində keçirilib. Hazırkı şəkillərdən də göründüyü kimi, yaşıllıq zolağı salınmış ərazi normal vəziyyətdədir. Təəssüflər olsun ki, yaşıllıq zolağının qarşı tərəfindəki boş ərazinin kiçik bir hissəsi kimlərsə tərəfindən yandırılıb və şəkli çəkilərək yanlış məlumat verilib.

Onu da qeyd edək ki, yaşıllıq zolağı salınmış həmin ərazi Sabunçu Rayon İcra Hakimiyyətinin müvafiq razılığı əsasında müəyyənləşdirilib.
 
Məsələ ilə bağlı Anews.az –a açıqlama verən ekoloq Telman Zeynalov bildirdi ki, insanlar son zamanlar yaşıllıq salmağa maraqlı deyil. Amma yaşıllığın insanlar üçün əhəmiyyəti daha böyükdür. Ona görə də yaradılan yaşıllıqlara nəzarət daha yaxşı səviyyədə olmalıdır. Ümumiyyətlə isə yaşıllıqlara Ekologiya Nazirliyi, Yaşıllıq Departamenti, birdə ərazi üzrə bələdiyyələr və İcra hakimiyyətləri nəzarət etməlidir.
 
Əgər meşə zolaqları varsa ora Kənd Təsərrüfatı Nazirliyi, şəhərlərdə, parklarda olan ağaclara isə Yaşıllıq Departamenti baxır.

Gülnar Nazimqızı

 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb