Ramil Usubov əsgərlərlə nahar etdi

18:35 | 20.03.2018
Ramil Usubov əsgərlərlə nahar etdi

Ramil Usubov əsgərlərlə nahar etdi

Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov Daxili Qoşunların Bakıda yerləşən "N" saylı hərbi hissəsində olub.

DİN-dən Axar.az-a verilən məlumata görə, Novruz bayramı münasibətilə əsgər və zabitləri təbrik edən nazir, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində Daxili Qoşunların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyini, nəinki paytaxtda, eləcə də regionlarda yerləşən hərbi hissələrdə geniş abadlıq və quruculuq işlərinin aparıldığını, müxtəlif təyinatlı obyektlərin, o cümlədən yeni hərbi şəhərciklərin, əsgər kazarmalarının tikildiyini, zabitlər, gizirlər üçün hər bir şəraitə malik yaşayış komplekslərinin istifadəyə verildiyini nəzərə çatdırıb.

Sonra nazir şəxsi heyətin kazarma-məişət şəraiti, qidalanması, sağlamlıq durumu və təminat-təchizatı ilə yaxından tanış olub, ərazidə aparılan quruculuq-abadlıq işləri ilə maraqlanıb.

Daxili işlər naziri Ramil Usubov və nazir müavini - Daxili Qoşunların Komandanı Şahin Məmmədov hərbi hissənin yeməkxanasında bayram süfrəsində əsgərlə birlikdə nahar ediblər.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM