• $
  • £

Bakıda daha bir dünya çempionatı keçiriləcək

Bakıda daha bir dünya çempionatı keçiriləcək
11.08.2015 22:14
Azərbaycanın yelkənli qayıqların 470 Olimpiya sinfi üzrə 2016-cı ildə keçiriləcək dünya çempionatına ev sahibliyi etməsi barədə qərar qəbul olunub.

Azərbaycan Yelkənli Qayıq İdmanı Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Yunanıstanın Afina şəhərində yelkənli qayıqların 470 Olimpiya sinfi üzrə Beynəlxalq Assosiasiyanın Baş Assambleyası keçirilib.

Assambleya çərçivəsində yelkənli qayıqların 470 Olimpiya sinfi üzrə 2016-cı ildə təşkil olunacaq dünya çempionatına ev sahibliyi edəcək ölkənin müəyyənləşdirilməsi məqsədilə səsvermə keçirilib.

Assambleyada 254 səs çoxluğu ilə Azərbaycanın yelkənli qayıqların 470 Olimpiya sinfi üzrə 2016-cı ildə keçiriləcək dünya çempionatına ev sahibliyi etməsi barədə qərar qəbul olunub.

Yelkənli qayıqların 470 Olimpiya sinfi iki əllə idarə olunan yarış qayıqlarıdır. Bu sinfin adı onun ümumi uzunluğunun santimetrlə ölçüsündən yaranıb (qayıq 4.70 metr uzunluğundadır). Bu qayıqlar sürətli üzmə qabiliyyətinə malikdirlər. 470 Olimpiya sinfinə aid olan həmin qayıqların çəkisinə nisbətən iri həcmli yelkənləri vardır ki, bu da qayıqların avtomobillərlə müqayisədə sanki dəniz avtomobili kimi dənizdə yüksək sürətlə və manevrlə idarə olunmasına şərait yaradır.

Bu idman növü 1976-cı ildən Olimpiya sinfinə daxil edilmiş 10 yelkənli qayıqlar üzrə idman növündən biridir. Üç yüz nəfərdən çox idmançının iştirak etdiyi bu idman növü üzrə yarışlar dənizdə keçirilən ən böyük yarışlardan biri hesab olunur.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İdman 11:20
"Bakı 2015"lə bağlı tədbir ləğv olundu
Azərbaycan tarixində ilk
İdman 04:47
Azərbaycan tarixində ilk
Stadnik gümüş qazandı, Ratkeviç bürüncü də əldən verdi
İdman 09:11
Stadnik gümüş qazandı, Ratkeviç bürüncü də əldən verdi
Rio-2016: Rəsul Çunayev bürünc medal qazandı
İdman 09:00
Rio-2016: Rəsul Çunayev bürünc medal qazandı
3 qat dünya çempionumuz öldü
İdman 10:33
3 qat dünya çempionumuz öldü
Bu il Bakıda daha bir avtomobil yarışı keçiriləcək
İdman 16:51
Bu il Bakıda daha bir avtomobil yarışı keçiriləcək
İdmançılar təltif edildi - SİYAHI
İdman 21:04
İdmançılar təltif edildi - SİYAHI
FİDE prezidenti vəzifədən uzaqlaşdırıldı
İdman 11:18
FİDE prezidenti vəzifədən uzaqlaşdırıldı
Eduard Məmmədov finalda erməni ilə qarşılaşacaq
İdman 09:18
Eduard Məmmədov finalda erməni ilə qarşılaşacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol