• $
  • £

​"Mardan Palace" hoteli yenidən hərraca çıxarıldı

​
13.08.2015 12:20
Azərbaycan əsilli iş adamı Telman İsmayılova məxsus Antalyadakı (Türkiyə) "Mardan Palace" hoteli yenidən hərracda satışa çıxarılıb.

 Bu, "AST İnşaat Turizm Taahüt A.Ş."-nin Türkiyənin "Garanti Bankı"na 203 mln. lirə (73 mln. dollar) həcmində olan borcunu ödəyə bilməməsi səbəbindən baş verib.

"Report" xəbər verir ki, satış oktyabrın 14-də Antalya 6-cı İcra Müdirlüyü (məhkəmə qərarlarının icrasına nəzarət qurumu) tərəfindən həyata keçiriləcək. Qeyd edək ki, "Mardan Palace" hotelinin əsas binası 650 mln. lirə (233,8 mln. dollar), ətrafındakı villalar isə 69,7 mln. lirə (25,1 mln. dollar) dəyərində qiymətləndirilib.

Xatırladaq ki, bu ilin iyununda da "Mardan Palace" hoteli "AST İnşaat Turizm Taahüt A.Ş."-nin Türkiyə "Halk Bank"ına 60 mln. lirə (21,6 mln. dollar) həcmində olan borcunu ödəyə bilməməsi səbəbindən satışa çıxarılırdı. Lakin son anda, satışa bir neçə saat qalmış hotel rəhbərliyi ilə Bank arasında borcun 4 hissəyə bölünərək ödənilməsinə dair razılıq əldə edilib.

Qeyd edək ki, "Mardan Palace"in vəkili Fatih Dülgər hazırda "Garanti Bankı" ilə görüşmələrin aparıldığını bildirib.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Neftin qiyməti 34 dollara düşdü
İqtisadiyyat 11:57
Neftin qiyməti 34 dollara düşdü
Azərbaycanda dollar bahalaşdı - Məzənnə
11:21
Azərbaycanda dollar bahalaşdı - Məzənnə
İlham Əliyevdən YENİ TƏYİNAT
İqtisadiyyat 10:42
İlham Əliyevdən YENİ TƏYİNAT
İstifadəsiz torpaqlar müsadirə olunacaq
09:01
İstifadəsiz torpaqlar müsadirə olunacaq
Azərbaycanda dolların məzənnəsini banklar müəyyənləşdirəcək – TƏCİLİ
İqtisadiyyat 08:39
Azərbaycanda dolların məzənnəsini banklar müəyyənləşdirəcək – TƏCİLİ
Bakı yollarında yenilik
08:34
Bakı yollarında yenilik
Dollar cüzi bahalaşdı - Məzənnə
05:10
Dollar cüzi bahalaşdı - Məzənnə
Azərbaycanda dollar bahalaşdı, avro ucuzlaşdı
04:59
Azərbaycanda dollar bahalaşdı, avro ucuzlaşdı
Xarici valyuta məzənnələri – RƏSMİ
04:59
Xarici valyuta məzənnələri – RƏSMİ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol