• $
  • £

Rasimin qanı sizə halal olsun!

Rasimin qanı sizə halal olsun!
18.08.2015 14:38
Zahir Əzəmət

Medianın 140 illiyi qeyd ediləndə, bir çoxlarına mükafatlar və fəxri adlar veriləndə, sosial şəbəkədə, bir çox çevrələrdə uzun-uzadı mübahisələr başladı... Əhməd niyə mükafat aldı, Məmməd nədən təltif olundu, əsl media kimdir, ümumiyyətlə jurnalistlərin bu şəkildə mükafatlandırılması  doğrudurmu və s.

Mən də bir neçə dəfə belə mübahisələrin şahidi oldum. Və dostlar fikrimi soruşanda sakitcə pıçıldadım: Azərbaycanda media yoxdur... Bir vaxtlar var idi... İndi isə yoxdur. Barmaqla sayılacaq qədər jurnalist qalıbsa da, media yoxdur, yoxdur, yoxdur!!!

Hamızın ipi harasa bağlıdır, kefləri istəyəndə bu ipi çəkir, boşaldır və ya kəsirlər...

Hərdən isə təsadüfən həm də öldürürlər.

Kimin reket, kimin ciddi media olması mübahisələri də gülüncdür.  Fərqi nədir ki, birimiz bir əldən alır, digərimiz 40 əldən toplamaq üçün dəridən-qabıqdan çıxır.

Jurnalist Rasim Əliyev öldürüləndə ani, emosional bir media həmrəyliyi havası yarandı. Amma yeddisi çıxar-çıxmaz jurnalistin ölümünə döyülməsi olayında rəsmən ittiham olunan futbolçu Cavid Hüseynovun zaminə buraxılması üçün baş redaktorlar imza topladı, hərəkətə keçdi. Siyahıda Mahir Rüstəmli kimi ağır çəkili jurnalist də var. Kampaniyada Qol.Az kimi lider idman portalı da var. Əlbəttə, hüquqi cəhətdən burada ayıb bir şey yoxdur. Ayıb olan başqa şeydir. O şeydir ki, media onu itirib. Həm də bu gün yox, çoxdan. 

Kef edin, dostlar, heç bir qınağı da vecinizə almayın. Rasimin qanı sizə halaldır! 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Cəmiyyət 11:44
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
11:40
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
Zakir Qaralov yeni prokuror təyin etdi
11:33
Zakir Qaralov yeni prokuror təyin etdi
MTN-nin daha bir idarə rəisi vəzifəsindən azad edildi
10:28
MTN-nin daha bir idarə rəisi vəzifəsindən azad edildi
Bakı və Abşeronda sürüşmə baş verə biləcək ən təhlükəli ərazilər
Cəmiyyət 10:08
Bakı və Abşeronda sürüşmə baş verə biləcək ən təhlükəli ərazilər
Cavid Hüseynovun məhkəməsi başlayıb
Cəmiyyət 09:47
Cavid Hüseynovun məhkəməsi başlayıb
Milli Məclisin deputatına ağır itki
Cəmiyyət 09:37
Milli Məclisin deputatına ağır itki
Ali Məhkəmənin hakimi vəzifəsindən azad edildi
Cəmiyyət 09:26
Ali Məhkəmənin hakimi vəzifəsindən azad edildi
Direktor olmaq istəyənlərin nəzərinə
Cəmiyyət 09:25
Direktor olmaq istəyənlərin nəzərinə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol