• $
  • £

Deputatdan İTTİHAM: “Televiziyalarda qəhrəmanlarımızı aşağılayan proqramlar yayımlanır”

Deputatdan İTTİHAM: “Televiziyalarda qəhrəmanlarımızı aşağılayan proqramlar yayımlanır”
22.08.2015 17:59
"Doğrudan, hərbi-vətənpərvərlik verilişləri nə gündədir? Müharibə şəraitində olan ölkəyik. Əsgərlərimiz bu cür verilişlərə baxanda nə düşünürlər? Əksinə tariximizə kölgə salan, qəhrəmanlarımızı aşağılayan proqramlar yayımlanır. Bu çox ciddi  bir mövzudur və zabitlərin tələbləri haqlıdır”.

Bunu Modern.az saytına Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat, xalq şairi Sabir Rüstəmxanlı cəbhə bölgəsində xidmət edən zabit heyətinin televiziya proqramlarından narazılığına münasibət bildirərkən vurğulayıb. Bir neçə gün öncə cəbhənin müxtəlif istiqamətlərində hərbçilərlə görüşən bir qrup deputat, jurnalist və QHT rəhbəri hərbçilərin ölkədə fəaliyyət göstərən telekanallarla bağlı narazılıqlarının şahidi olublar.
Hətta onların bu narazılığına yüksək rütbəli zabitlər də qoşulub. Hərbçilər qeyd ediblər ki, televiziyaları izlədikcə Azərbaycanın müharibə şəraitində ölkə olması barədə fikirlər öz əksini tapmır: "Biz müharibə şəraitindəyik. Ancaq telekanallarda bu, görünmür.

Hərbçilərimiz özlərini teleməkanda tapa bilmirlər. Hərbi vətənpərvərliklə bağlı verilişlərə, sosial çarxlara çox az rast gəlinir. Halbuki belə verilişlər insanların mavi ekran qarşısına ən çox toplaşdıqları vaxt yayımlanmalıdır. Biz bundan çox narazıyıq. Telekanal rəhbərləri bundan nəticə çıxarmalıdırlar”.

Zabitlər xüsusən də televiziyalardakı şou proqramlardan gileylərini gizlətməyiblər. Sabir Rüstəmxanlı da zabitlərin bu fikirləri ilə razılaşır:

"Təkcə zabitlər demir, bu, bütün millətin sözüdür. Biz Milli Məclisdə də bir neçə dəfə bu məsələni qaldırmışıq. Bəzi televiziya kanalları sanki məqsədli şəkildə əxlaqı pozmaqla, milli mənəviyyata yad olan verilişlər hazırlamaqla, gəncləri çaşdırmaqla məşğuldurlar. Bu problem elə birinci aparıcılardan başlayır.

Onlar özlərinin geyim, danışıq və davranış tərzləri ilə buna yol açırlar. Bir neçə idir ki, televiziyalarda meyxana verilir. Bu, nə deməkdir?  Sözü söz deyil, musiqisi musiqi deyil. Meyxana ifaçıları özlərini efir davranışlarına uyğun aparmırlar. Nəyə görə smsdən pul qazanmaq üçün bu cür verilişlər verilməlidir?  

Mən bütün verilişlərin üzərinə kölgə salmaq istəmirəm. Amma əksəriyyəti belədir. Regional televiziyalar regionda elə filmlər göstərirlər ki,  adamın ayaqları yerə yapışır. Mən hərdən televiziyalarda belə proqram və filmlərlə rastlaşıram.  Bunun qarşısı alınmalıdır. Doğrudur, deyə bilərlər ki, cəmiyyətin istəyinə uyğun olaraq,  onun səviyyəsinə görə bu verilişlər verilir. Amma cəmiyyətin səviyyəsi hələ ki televiziyaların səviyyəsindən üstündür.

Azərbaycanda kifayət qədər ciddi, normal verilişlər apara biləcək, sir-sifəti yerində olan jurnalistlər tapmaq olar və onlarla çox yaxşı proqramlar da hazırlamaq mümkündür”.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Cəmiyyət 11:44
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
11:40
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
Zakir Qaralov yeni prokuror təyin etdi
11:33
Zakir Qaralov yeni prokuror təyin etdi
MTN-nin daha bir idarə rəisi vəzifəsindən azad edildi
10:28
MTN-nin daha bir idarə rəisi vəzifəsindən azad edildi
Bakı və Abşeronda sürüşmə baş verə biləcək ən təhlükəli ərazilər
Cəmiyyət 10:08
Bakı və Abşeronda sürüşmə baş verə biləcək ən təhlükəli ərazilər
Cavid Hüseynovun məhkəməsi başlayıb
Cəmiyyət 09:47
Cavid Hüseynovun məhkəməsi başlayıb
Milli Məclisin deputatına ağır itki
Cəmiyyət 09:37
Milli Məclisin deputatına ağır itki
Ali Məhkəmənin hakimi vəzifəsindən azad edildi
Cəmiyyət 09:26
Ali Məhkəmənin hakimi vəzifəsindən azad edildi
Direktor olmaq istəyənlərin nəzərinə
Cəmiyyət 09:25
Direktor olmaq istəyənlərin nəzərinə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol